Bu ilin birinci rübündə Azərbaycan Gürcüstana 667,37 ton “AI-92” markalı avtomobil benzini ixrac edib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ixracın dəyəri 459,9 min ABŞ dolları təşkil edib.
Sonuncu dəfə Gürcüstana “AI-92” markalı benzin 2021-ci ildə ixrac edilib. İxracın dəyəri 27,98 min ABŞ dolları, həcmi 44,94 ton təşkil edib. 2022-2024-cü illərdə tədarük həyata keçirilməyib.
Xatırladaq ki, Azərbaycanda “AI-92” markalı benzin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur.