Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Gürcüstan hissəsindən nəql olunan neftin həcmi artıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Neft və Qaz Korporasiyasından bildirilib.
Mart ayında boru kəməri ilə 2,4 milyon ton neft nəql olunub ki, bu da bu ilin I rübünün ən yüksək göstəricisidir. Belə ki, yanvar ayında 2,3 milyon ton, fevral ayında isə 2 milyon ton neft tranzit edilib.
2021-ci ildə Gürcüstan ərazisi ilə nəql edilmiş BTC neftinin həcmi 26 milyon ton təşkil edib. Bu, illik müqayisədə 5 % azdır.