Gürcüstan bu il Azərbaycandan aldığı yanacaq və sürtkü yağları üçün çəkdiyi xərci açıqlayıb

Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 177 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən 15 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstana yanacaq və sürtkü yağları tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 902 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 10 % çoxdur.

Bu ilin ilk 6 ayında Gürcüstan Rusiyadan 395 milyon ABŞ dolları, Bolqarıstandan 84 milyon ABŞ dolları, Rumıniyadan 63,6 milyon ABŞ dolları, Yunanıstandan 39 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 1,7 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bunun da 0,4 milyard ABŞ dolları Azərbaycanın payına düşüb.

Digər xəbərlər