Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 83,31 milyon ABŞ dolları dəyərində 96 min 859 ton neft və neft yağları idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 63 %, kəmiyyət olaraq – 64,4 % çoxdur.
Beləliklə Azərbaycan Gürcüstana neft və neft yağları ixrac edən ölkələr sırasında üçüncü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 1 milyard ABŞ dolları dəyərində 1,283 milyon ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 14,7 % azdır və 5,3 % çoxdur.
2023-cü ilin 11 ayında Gürcüstana Rusiyadan 513,73 milyon ABŞ dolları dəyərində 721 min 825 ton, Rumıniyadan 152,3 milyon ABŞ dolları dəyərində 174 min 353 ton, Bolqarıstandan 75,63 milyon ABŞ dolları dəyərində 83 min 810 ton, Türkmənistandan 73,3 milyon ABŞ dolları dəyərində 83 min 405 ton neft və neft yağları gətirilib.
Xatırladaq ki, 2022-ci ildə Gürcüstan Azərbaycandan 51,437 milyon ABŞ dolları dəyərində 59 min 273 ton neft və neft yağları tədarük edib.