Gürcüstan Azərbaycandan neft-qaz tədarükünü artırıb

Bu ilin yanvar ayında Gürcüstan Azərbaycandan 51,45 milyon ABŞ dolları dəyərində 272,3 milyon kubmetr təbii qaz idxal edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, idxalın həcmi illik müqayisədə 35 % artıb.

Hesabat ayında qonşu ölkə Azərbaycandan ümumi dəyəri 11,7 milyon ABŞ dolları olan 16 932 ton neft və neft yağları da tədarük edib ki, bu da illik müqayisədə 56,5 % çoxdur.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 28 fevral, 2026 / 10:36