Gürcüstan Azərbaycandan neft idxalını 30% artırıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 48,6 milyon ABŞ dolları dəyərində 160,1 min ton neft və neft məhsulları idxal edib.

Bu barədə “Report”un Gürcüstan bürosuna ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən həcm baxımından 30,3% çoxdur.

Hesabat dövründə Gürcüstan Azərbaycandan 1 154,3 milyon kubmetr təbii qaz da tədarük edib. Bu isə illik müqayisədə 4,7% azdır.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 28 fevral, 2026 / 10:36
Azərbaycan nefti ucuzlaşıb 26 fevral, 2026 / 09:40