Bu ilin yanvar-noyabr aylarında Gürcüstan 1 milyon 042,3 min ton benzin və dizel yanacağı idxal edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinidən bildirilib.
İllik müqayisədə məhsullun həcmi 37,5 min ton və yaxud 3,7 % çoxdur.
Hesabat dövründə Gürcüstan Azərbaycandan 194,5 min ton dizel idxal edib ki, bu da ötən ilin eyni göstəricisindən 0,5 min ton çoxdur. Azərbaycan qonşu ölkənin bu yanacağa olan tələbatının 18,7 %-ni təmin edib.
İlk 11 ayda qonşu ölkənin əsas yanacaq tədarükçüləri 229 min tonla Türkmənistan (22 %) və 203 min tonla Rusiya (19,5 %) olub.