Bu ilin yanvar-aprel aylarında Gürcüstan 157,7 min ton həcmində dizel yanacağı idxal edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinidən bildirilib.
Məlumata əsasən, həcmin 50 min tonunu Azərbaycan təmin edib. Azərbaycanın Gürcüstanın ümumi yanacaq idxalındakı payı 15 %-ə bərabər olub.
Hesabat dövründə Gürcüstan ümumilikdə 333,7 min ton benzin və dizel yanacağı tədarük edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 min ton və yaxud 1,8 % azdır. Qonşu ölkənin ən iri yanacaq idxalçıları Rusiya (83,9 min ton), Rumıniya (82,4 min ton) və Bolqarıstan (65 min ton) olub.