Gürcüstan 11 ayda Azərbaycandan 201 milyon dollarlıq təbii qaz alıb

Bu ilin ilk 11 ayında Gürcüstan Azərbaycandan ümumi dəyəri 201,1 milyon ABŞ dolları olan 1 milyard 311 milyon kubmetr həcmində təbii qaz tədarük edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, məhsulun həcmi ötən ilin eyni dövrünə nisbətdə 9,5 % azalıb.

Hesabat dövründə qonşu ölkə Azərbaycandan 115,2 milyon ABŞ dolları dəyərində 207,1 min ton neft və neft yağları da idxal edib. İllik müqayisədə məhsulun həcmində 6,2 % artım qeydə alınıb.

Digər xəbərlər