​“Günəşli” yatağındakı daha bir quyu istismara verilib

Bakı. 29 iyul. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Günəşli” yatağındakı 2 nömrəli dərin dəniz özülündən 109 nömrəli quyu aparılmış geoloji tədbirdən sonra istismara verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Quyu IX horizontdan qaz-lift üsulu ilə məhsul verib, 3 143-3 132 metr intervaldan sutkalıq 45 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Xatırladaq ki, quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31