​Göyçay rayonunun Şıxəmir kəndinə qazın verilişi bərpa edilib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün Göyçay rayonunun Şıxəmir kəndinə təbii qazın verilişi bərpa edilib. Bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyəti və “Azəriqaz” İB-nin təmsilçiləri iştirak ediblər.

"Report" xəbər verir ki, 54 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 6 133 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Digər xəbərlər