Gəncənin bəzi ərazilərində qaz kəsilib

Gəncə şəhərinin bəzi ərazilərində təbii qazın verilişi dayandırılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, buna səbəb 1-ci şəhər xəttində aparılan "kipliyə sınaq" və digər təmir-bərpa işləridir.

Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Gəncə Regional Qaz İstismar İdarəsindən bildirilib ki, qazın verilişi işlər başa çatdıqdan sonra bərpa olunacaq.

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 06 fevral, 2026 / 09:06