Fransanın qaz anbarlarının doluluq səviyyəsi 20 %-dən aşağı düşüb

Fransanın yeraltı anbarlarında qaz ehtiyatlarının səviyyəsi bir gün əvvəl 20%-dən aşağı düşüb.

“Report” xəbər verir ki, bu barədə Avropanın Qaz İnfrastrukturu məlumat yayıb.

Martın 7-də Fransanın yeraltı anbarlarından qazın götürülməsi təxminən 82 milyon kubmetr təşkil edib. Beləliklə, Fransanın qaz anbarlarının doldurulması 19,66% təşkil edir.

Yeraltı qaz anbarların ən aşağı doluluq nisbətləri Avstriya (15,08%), Xorvatiya (16,38%) və Belçikada (17,33%) müşahidə olunur. Almaniyada anbarlar 25,61%, İtaliyada 35,6%, Niderlandda 19,82%, Bolqarıstanda 19,76%, Macarıstanda 21,5%, Polşada 60,39% doludur.

Digər xəbərlər