Fransada neftayırma müəssisəsində yanğın baş verib

Fransanın şimalında Normandi bölgəsindəki Qonfrevil icmasında yerləşən və “Total” neft şirkətinə məxsus neftayırma müəssisəsində ötən gecə yanğın baş verib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, şirkətin verdiyi açıqlamada istehsalatdakı ləngimə nəticəsində yanacaq qıtlığı yaranmaması üçün tədbirlər gördükləri, hazırda yanğının xeyli dərəcədə zəifləyərək nəzarət altına alındığı qeyd olunur.

Hadisə nəticəsində xəsarət alan olmadığı bildirilir.

Digər xəbərlər