“ExxonMobil”in Rotterdamdakı neft emalı zavodunda yanğın baş verib

Bakı. 22 avqust. REPORT.AZ/ ABŞ-ın “ExxonMobil” şirkətinin Rotterdamda (Niderland) yerləşən Botlek neft emalı zavodunda güclü yanğın baş verib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, yanğın ötən gün axşam saatlarında sexlərin birində başlayıb, daha sonra böyük əraziyə yayılıb.

Səhərə yaxın yanğını söndürmək mümkün olub. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31