“Equinor” dəniz qaz platformasında tüstülənmə səbəbindən işini dayandırıb

Norveçin "Equinor" şirkəti yerli vaxtla oktyabrın 22-də səhər saat 04:40-da "Sleipner" platformasının paylayıcı otağında tüstülənmə olduğunu bildirib.

Bu barədə “Report” şirkətin məlumatına istinadən xəbər verir.

"Equinor"un məlumatına görə, "Skandi Mongstad" gəmisi həmin əraziyə göndərilib.

"Sleipner B" Şimal dənizində, "Sleipner-A" platformasından 12,5 km məsafədə yerləşən pilotsuz hasilat platformasıdır.

"İstehsal dayandırılıb, obyektdə təzyiq azaldılıb", - deyə məlumatda qeyd edilib.

"Sleipner" platformalarının ümumi texniki tutumu sutkada 16,9 milyon kubmetr (illik 6,2 milyard kubmetr) təşkil edir. Layihə "Sleipner Ost", "Gungne" və "Sleipner Vest" qaz-kondensat yataqlarını əhatə edir. Qurğulara həmçinin "Sigyn", "Volve", "Gudrun" və "Gina Krog" yataqlarından karbohidrogenlər daxil olur.

Norveç hazırda Avropanın əsas boru kəməri qaz təchizatçısıdır.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31