​Energetika Nazirliyində Apellyasiya Şurası yaradılıb

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan Energetika Nazirliyində Apellyasiya Şurası yaradılıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, bu addım dövlət başçısının 3 fevral 2016-cı il tarixli “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” fərmanının icrası ilə əlaqədar atılıb.

Energetika nazirinin müavini Gülməmməd Cavadovun rəhbərlik etdiyi və 7 nəfərdən ibarət Apellyasiya Şurasına nazirliyin müvafiq şöbələrinin əməkdaşları daxildir.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31