Bu ilin iyul ayında istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı, eləcə də digər məsələlərlə bağlı Energetika Nazirliyininin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) bilavasitə və nazirlikdən 1 837 müraciət daxil olub.
"Report" EMTA-ya istinadən xəbər verir ki, bu, 2025-ci ilin iyul ayı ilə müqayisədə 613 müraciət və ya 50 % çoxdur.
Bildirilib ki, elektrik enerjisi təchizatı ilə bağlı 257-si məlumat üçün olmaqla 1 695 müraciət edilib. Bu, ötən ilin iyul ayı ilə müqayisədə 579 müraciət və ya 51,9 % çoxdur.
Təbii qaz təchizatı ilə bağlı 12-si məlumat xarakterli olmaqla 121 müraciət olunub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45 müraciət və ya 53,2 % çoxdur. İstilik təchizatı ilə bağlı 2-si məlumat üçün olmaqla cəmi 5 müraciət edilib. Bu da iyul ayı ayına münasibətdə 5 müraciət və ya 2 dəfə azdır.
Digər məsələlərlə bağlı 16 müraciət göndərilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 3 müraciət və ya 15,8 % azdır.
Müraciətlərdən 703-ü Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (45 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti quruma göndərilib), 4 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 859 müraciət hazırda baxılma prosesindədir, 271 məlumat xarakterli müraciətdən 117-si qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.
Xatırladaq ki, 2025-ci ilin iyul ayında istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik enerjisi və təbii qazla təchizatı, eləcə də digər məsələlərlə bağlı 1 224 müraciət daxil olub. Bunlardan, eElektrik enerjisi təchizatı ilə bağlı 167-si məlumat üçün olmaqla 1 116 müraciət edilib. Təbii qaz təchizatı ilə bağlı 19-u məlumat xarakterli olmaqla 79 müraciət olunub. İstilik təchizatı ilə bağlı 6-sı məlumat üçün olmaqla cəmi 10 müraciət edilib. Digər məsələlərlə bağlı 1-i məlumat üçün olmaqla 19 müraciət göndərilib.