Əbu-Dabidə iri təbii qaz ehtiyatları kəşf edilib

Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) Əbu-Dabi əmirliyinin sahil sularında yeni təbii qaz resurslarının kəşf olunduğunu bəyan edib. İlkin hesablamalara görə, ehtiyatların həcmi 1,5-2 trilyon standart kubfunt təşkil edir.

Bu barədə “Report” şirkətin məlumatına istinadən xəbər verir.

Kəşfiyyat işlərinin operatoru İtaliyanın “Eni” şirkətidir.

Qeyd edək ki, BƏƏ-də neftin böyük hissəsini hasil edilən ANDOC şirkəti dünyanın neft ehtiyatlarının 6%-nə nəzarət edir.

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 15 yanvar, 2026 / 09:45