Dünyada günəş enerjisi istehsalına maraq azalıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında dünyada günəş enerjisinin istehsalına investisiya qoyuluşu 6,7 mlrd. ABŞ dolları təşkil edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu rəqəmi ABŞ-ın araşdırma və konsaltinq şirkəti - “Mercom Capital Group” açıqlayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə, təxminən, 6% azdır.

“Dünyada günəş enerjisinə tələbatın azalması bu sahə üzrə layihələrə investisiya qoyuluşlarını da azaldıb”, - deyə Şirkət bəyan edib.  

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31