Dünya bazarında neft ucuzlaşır

“Brent” markalı neft son üç həftədə ilk dəfə həftəlik qiymət enişi sərgiləyib.

“Report” “enkorr”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 10:40-a olan məlumata əsasən, mart satışlı “Brent” markalı neftin bir barelinin qiyməti 55,73 ABŞ dolları (-1,22) təşkil edib. WTI markalı neftin fevral fyuçersləri isə 53,12 dollar/barelə (-0,84%) ticarət edilib. Son sessiyada qiymətlər müvafiq olaraq 56,42 53,57 ABŞ dolları təşkil etmişdi.

Sövdələşmələrə Çində lokdaunun genişləndirilməsi və ABŞ-da işsizlik səviyyəsinin artması təzyiq göstərib. Görünür, bu amillər ABŞ-ın COVID-ə görə yeni yardım proqramından və Çində neft idxalındakı artımdan üstün olub.

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden tərəfindən təqdim olunan təqribən 2 trilyon dollarlıq COVID-19 yardım paketi dünyanın ən böyük neft istehlakçısının neft tələbini artıra bilər, lakin məşğulluqla bağlı məlumatlar bu planları kölgədə qoyur.

Çində gömrük orqanının məlumatlarına görə, 2020-ci ildə xam neft idxalı dörd rübdən ikisində rekorda imza atmaqla il ərzində 7,3% artıb.

Ancaq cəmi bir neçə saat əvvəl Çin son 10 ayda ən çox yeni COVID-19 hadisəsi qeydə alındığını bildirdi. Nəticədə həftənin sonunda 28 milyondan çox insan təcrid olundu. Səkkiz ay ərzində ilk dəfə ölkədə koronavirusla bağlı ölüm faktı qeydə alınıb.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 fevral, 2026 / 09:40