​Dünya bazarında ABŞ nefti bahalaşıb, "Brent" ucuzlaşıb

Bakı. 5 mart. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,96% yaxud 1,01 dollar bahalaşaraq 51,53 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində isə azalma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 0,78% və ya 0,47 dollar ucuzlaşaraq 60,55 dollara olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 59 dollar/barel olacağı təxmin edilir.

Digər xəbərlər

Qala qəsəbəsində qaz olmayacaq 28 yanvar, 2026 / 09:20