Bakı. 10 noyabr. REPORT.AZ/ "BP-Azerbaijan" şirkəti Bakı Gəmiqayırma Zavodunda təmir edilən "Dədə Qorqud" üzən qazma qurğusu ilə "Azəri-Çıraq-Günəşli" ("AÇG") yataqları sahəsində qazma işlərini davam etdirmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin regional prezidenti Qordon Birrell bildirib.
O qeyd edib ki, qazma qurğusunda yenidənqurma işləri artıq başa çatıb və bir neçə həftədən sonra qazma qurğusu sahəyə gətirilərək qazma işlərinə başlanacaq.
Qeyd edək ki, "Dədə Qorqud" qazma qurğusu 1996-cı ilin avqust ayından fəaliyyətdədir.