Corat qəsəbəsinin bir hissəsində qaz olmayacaq

Corat qəsəbəsinin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə "Report"un yerli bürosuna Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən məlumat verilib.

Qeyd olunub ki, sentyabrın 29-da aparılan qəza-bərpa işləri ilə əlaqədar Sumqayıt şəhəri Corat qəsəbəsində saat 12:30-dan etibarən 900 abonentin qaz təminatı dayandırılacaq.

Qazın verilişi işlər tamamlandıqdan sonra bərpa ediləcək.

Digər xəbərlər

Bakının 3 rayonunda qaz olmayacaq 23 dekabr, 2025 / 09:45
Mərdəkanda işıq olmayacaq 23 dekabr, 2025 / 09:06