Çin şirkəti Səudiyyə Ərəbistanı neftinin alışını 40% azaldacaq

Bakı. 10 aprel. REPORT.AZ/ Çinin “Sinopec” şirkəti may ayı üçün Səudiyyə Ərəbistanı neftinin alışını 40% azaldır.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb “Saudi Aramco” şirkətinin may ayı üçün fyuçerslərdə öz neftini gözləniləndən artıq qiymətə satışa çıxarmasıdır.

Asiya treyderləri Səudiyyə Ərəbistanının neftin rəsmi satış qiymətini hansı səbəbdən artırmasını anlamadıqlarını bildiriblər.

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 05 dekabr, 2025 / 09:45
Azərbaycan nefti bahalaşıb 04 dekabr, 2025 / 09:34