Çin şirkəti “Cənubi Fars” yatağında “Total”ın payını ala bilər

Bakı. 11 may. REPORT.AZ/ Fransanın “Total” şirkəti ABŞ-ın İrana qarşı sanksiyaları ilə əlaqədar “Cənubi Fars” yatağındakı payını satarsa, Çinin Milli Neft-Qaz Korporasiyası-CNPC bu payı almağa hazırdır.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumatlı mənbə agentliyə bildirib ki, “Total”ın layihədən çıxması ehtimalı hazırda kifayət qədər yüksəkdir: “Bu halda CNPC hər şeyi nəzarətinə götürməyə hazırdır”.

Yatağın işlənməsi üzrə konsorsiumda “Total” 50,1%, CNPC 30% və İranın “Petropars” şirkəti 19,9% paya malikdir.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31