Çin neft emalı üzrə dünya birincisi olub

Çinin illik neft emalı gücü 2023-cü ildə 936 milyon tona yüksəlib və bu, ölkəyə bu göstərici üzrə dünyada birinci olmağa imkan verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Milli Neft-Qaz Korporasiyasının dərc etdiyi hesabatda deyilir.

2023-cü ildə Çində neft istehlakı təxminən 756 milyon ton, neft məhsullarının istehlakı isə illik müqayisədə 9,5 % artaraq 399 milyon ton təşkil edib.

2023-cü ildə Çinin enerji təchizatı kifayət qədər və sabit olub. İllik xam neft hasilatı ardıcıl altıncı il artım tendensiyasını saxlayaraq 200 milyon tondan çox olub.

Digər xəbərlər

Bakının iki rayonunda qaz olmayacaq 02 oktyabr, 2026 / 08:27
SOCAR Balakhani şirkəti yaradılıb 01 oktyabr, 2026 / 16:49