Cəbrayılda BP ilə həyata keçirilən layihənin texniki və kommersiya məsələləri müzakirə olunub

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA) və BP şirkəti arasında Cəbrayıl rayonunda həyata keçiriləcək 240 MVt gücündə “Şəfəq” günəş enerjisi layihəsinin texniki və kommersiya məsələləri müzakirə olunub.

“Report”a Agentliyə istinadən xəbər verir ki, bu barədə AREA-nın direktoru Cavid Abdullayev BP-nin nümayəndələri ilə görüşü zamanı bildirilib.

C. Abdullayev BP şirkəti ilə enerji sahəsində həyata keçirilən səmərəli əməkdaşlıq əlaqələrindən danışıb.

Görüşdə BP ilə Cəbrayılda həyata keçiriləcək layihəsinin mövcud vəziyyəti, əsas icra mərhələləri, layihənin icra müddəti və gedişatı nəzərdən keçirilib.

Hibrid formatda keçirilən görüşdə həmçinin bərpa olunan enerji sahəsinin inkişafı istiqamətində mövcud əməkdaşlıq və gələcək perspektivlər müzakirə edilib.

Digər xəbərlər