Bu il SOCAR neft emalı həcmini 11 %-dən çox artırıb

Bu ilin ilk iki ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə 1,044 milyon ton neft emal edilib.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, 2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 11,3 % artım qeydə alınıb.

Xatırladaq ki, ötən ilin yanvar-fevral aylarında 937,9 min ton neft email edilib.

Bu müddət ərzində SOCAR tərəfindən emal edilən neftdən əldə edilən neft bitumunun həcmi 64,3 %, texniki butanın istehsalı 59 %, soba mazutunun istehsalı 8,1 dəfə artıb.

2022-ci ilin yanvar-fevral ayları ərzində istehsal edilən Aİ-92 avtomobil benzinin istehsalı 51,2 %, reaktiv mühərrik yanacağının istehsalı 41,7 %, texniki propanın istehsalı 47,9 % artıb.

Bu müddət ətzində illik müqayisədə atmosfer qazoyl fraksiyasının istehsalı 7,8 dəfə artıb.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31