Bu ilin 4 ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 3-cü tərəflərdən alınıb satılan neft və neft məhsullarının həcmi 14,65 milyon ton təşkil edib.
Bu barədə “Report”a SOCAR-dan məlumat veriıib.
Bildirilib ki, cari ilin yanvar-aprel ayları ərzində SOCAR tərəfindən 2,01 milyard kubmetr mayeləşdirilmiş təbii qaz (LNG) ticarəti həyata keçirilib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 % çoxdur.
Qeyd edək ki, SOCAR hazırda 40 ölkənin 100-dən çox məntəqəsində Azərbaycan nefti və neft məhsulları ilə yanaşı, 3-cü tərəflərdən alınıb satılan neft və neft məhsullarının ticarətini də uğurla həyata keçirərək əlavə iqtisadi dəyər yaradır.