Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 287,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayında bildirilir.
Bildirilir ki, bu, 2021-ci ilin yanvar-iyun aylarının göstəriciləri ilə müqayisədə 169,6 milyon ABŞ dolları və ya 2,4 dəfə çoxdur.
Xatırladaq ki, bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ixracı 18,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,5 milyard ABŞ dolları təşkil edib.