Bu il SOCAR Gürcüstan bazarına 144 milyon kubmetr qaz ixrac edib

Bu ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən dünya bazarına 4,9 milyon tondan çox xam neft, Gürcüstan bazarına isə 144 milyon kubmetrə yaxın təbii qaz ixrac olunub.

“Report”un məlumata görə, bu barədə SOCAR-ın 2022-ci ilin II rübündə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair məlumatında deyilir.

Bildirilir ki, ümumilikdə isə ölkə üzrə qaz ixracı 36 % artımla təqribən 5,5 milyard kubmetrə yüksəlib.

SOCAR-ın dünya bazarına ixrac etdiyi neftin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 17,6 % artıb. Şirkətin Gürcüstana ixrac etdiyi qaz həcmləri isə 48,1 % artıb.

Qeyd edək ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən neft həcmlərini də ixrac edir.

Digər xəbərlər