Bu ilin yanvar-aprel aylarında “Azərenerji” ASC 313,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın may sayında qeyd edilir.
Məlumata görə, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 280,3 milyon ABŞ dolları və ya 9,4 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın ümumi ixracı 12,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 1,2 milyard ABŞ dolları təşkil edib.