Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 58 min ton həcmində propilen istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən 4 ay ərzində Azərbaycanda 62,9 min ton həcmində polietilen, 63,2 min ton həcmində etilen istehsal edilib.
Ölkədə propilen istehsalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 39,1 % artıb.
Hesabat dövründə ölkədə etilen və polietilen istehsalı müvafiq olaraq illik müqayisədə 47 % və 43,9 % artıb.