Bu il Azərbaycanda əmtəəlik qaz hasilatı 18 %-dək artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 5 milyon 464,9 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 5 milyon 447,8 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı daha əvvəlki ilin eyni ayları ilə müqayisədə 6,2 % (əmtəəlik neftin həcmləri isə 6,4 %) azdır.

Bu ilin ilk iki ayında 7 milyard 683,9 milyon kubmetr təbii qaz da hasil edilib. Bunun 6 milyard 12,9 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 12,4 %, əmtəəlik qaz hasilatı isə 17,8 % artıb.

Digər xəbərlər