2021-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda təxminən 31,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin yanvar-noyabr ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.
Bildirilir ki, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 16,5 min ton az olub.
Respublika üzrə neft hasilatının 20,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,8 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 7,2 milyon ton təşkil edib.