Bu il Azərbaycan Türkiyəyə neft satışını 2 dəfə artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyəyə 1 milyon 172 min 891,35 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 661 milyon 525,65 min ABŞ dolları təşkil edib.

Bu, 2022-ci ilin 11 ayının göstəriciləri ilə müqayisədə 2 dəfə, dəyəri isə 76,2 % çoxdur. Azərbaycandan Türkiyəyə ixrac edilən xam neftin ümumi neft ixracında payı 4,85 % olub.

Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 24 milyon 199 min 455,59 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 15 milyard 099 milyon 942,85 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 47 milyard 326 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 31 milyard 513 milyon ABŞ dolları ixracın, 15 milyard 813 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 06 fevral, 2026 / 09:06