Bu il Azərbaycan təbii qaz ixracını 6 %-ə yaxın artırıb

Bu ilin yanvar-may aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 9 milyard 912 milyon 607,09 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Məlumata görə, Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 3 milyard 451 milyon 136,68 min ABŞ dolları təşkil edib.

İxrac edilən təbii qazın həcmi 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 5,9 % artıb, dəyəri isə 2,06 dəfə azalıb.

Azərbaycanın ümumi ixracında təbii qazın payı 30,98 % olub.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 18 milyard 439 milyon 272,4 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 11 milyard 138 milyon 581 min ABŞ dolları ixracın, 7 milyard 300 milyon 691,4 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 30,9 % azalıb, idxal isə 6,75 % çoxdur.

Digər xəbərlər