Bu il Azərbaycan təbii qaz ixracından qazancını 3,7 dəfə artırıb

Bu ilin yanvar-aprel ayları ərzində gömrük bəyannamələrinə əsasən, Azərbaycan 7 milyard 233 milyon 393,64 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Məlumata görə, bu ilin 4 ayı ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 4 milyard 178 milyon 230,05 min ABŞ dolları təşkil edib.

2022-ci ilin yanvar-aprel ayları ərzində ixrac edilən təbii qazın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 % az, dəyəri isə 3,7 dəfə çoxdur.

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 35,34 % olub.

Ötən 4 ayda xarici ticarət dövriyyəsinin 11,823 milyard ABŞ dolları ixracın, 4,041 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 85,8 % çox, idxal isə 14,5 % artıb

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 05 dekabr, 2025 / 09:45
Azərbaycan nefti bahalaşıb 04 dekabr, 2025 / 09:34