Bu il Azərbaycan qaz hasilatını 14 %-dən çox artırıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 15,7 milyard kubmetr təbii qaz hasil edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-aprel ayları üzrə operativ məlumatlarında deyilir.

Ötən ilin müvafiq dövrünə nisbətən 14,4 %, yəni 2 milyard kubmetrə yaxın artımla qaz hasil edilib.

Bildirilir ki, qazın 4,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 8,5 milyard kubmetri “Şahdəniz”dən, 2,6 milyard kubmetri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə hasil olunub.

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 07 yanvar, 2026 / 09:38