2022-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 4 milyon 900 min 369,59 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 2 milyard 943 milyon 901,18 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-fevral aylarında ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə 13,9 % az, dəyəri isə 44 % çoxdur.
Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 49,33 % olub.