Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 19,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-iyul ayları üzrə operativ məlumatlarında deyilir.
Bildirilir ki, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 900 min ton və ya 4,48 % az olub.
Respublika üzrə neft hasilatının 12 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 4,6 milyon ton təşkil edib.