Bu il Azərbaycan əhalisi yanacaq xərclərini 9 %-dək artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 526,7 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, satılan benzin və dizel yanacağı ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 % çoxdur.

Bu ilin 7 ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,7 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 26,7 milyard manatlıq, o cümlədən 15 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11,7 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Digər xəbərlər