Bu il 133 hündürmərtəbəli binaya qaz verilib

Bakı. 2 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq müvafiq sənədləri təqdim etmiş 133 çoxmərtəbəli binanın qazını açıb.

“Report”a qurumdan verilən məlumata görə, bu isə ümumilikdə, 6 774 mənzili əhatə edir. “Ümumiyyətlə, İB qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır”, - deyə məlumatda qeyd olunub.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31