Bakı. 23 noyabr. REPORT.AZ/ Bu gün və sabah Abşeron rayonunun Masazır qəsəbəsinə elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
Bu barədə “Report”a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
Onun sözlərinə görə, bu, Xırdalan ETSİ-nin xidməti ərazisinə daxil olan qəsəbədə yenidənqurma və elektrik enerjisinin dayanıqlığı məqsədilə aparılan təmir işləri ilə əlaqədardır.
"Yaranacaq narahatlığa görə “Azərişıq” istehlakçılardan üzr istəyir", - T.Mustafayev bildirib.