Bu gün Bakının iki rayonunun bəzi ərazilərində qaz təchizatın dayandırılacaq.
Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması məqsədilə saat 10:00-dan etibarən Sabunçu rayonu üzrə Maştağa (bir hissəsi) və Savalan qəsəbələrinin, Suraxanı rayonu üzrə isə Zığ kəndinin qaz təchizatında işlər yekunlaşanadək fasilə yaranacaq.