Bu gün Abşeron rayonunda elektrik enerjisi kəsiləcək

Bu gün Abşeron rayonunun 28 May qəsəbəsinə elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq. 

Bu barədə “Report”a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. 

Onun sözlərinə görə, fasiləyə səbəb Xırdalan ETSİ-nin xidməti ərazisi olan həmin qəsəbənin elektrik verilişi xətlərində aparılacaq yenidənqurma işləridir.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31