Bu ilin oktyabr ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracı gündəlik orta hesabla 595 min barel təşkil edib.
"Report" xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında məlumat verilib.
“Sentyabr ayı ilə müqayisədə BTC boru kəməri ilə ixrac 51 min barel (və ya 9 %) artaraq oktyabrda orta hesabla 595 min barel səviyyəsinə çatıb”, - neft kartelinin hesabatında bildirilib.
Ötən ilin oktyabr ayı ilə müqayisədə 2024-cü ilin oktyabrında BTC ilə neft nəqlinin həcmi 2 % (və ya gündəlik 10 min barel) artıb.
Qeyd edək ki, 1 768 km uzunluğunda olan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri 2006-cı ilin iyununda istismara verilib.