Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 32 milyon 053,4 min ton neft nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,34 % çoxdur.
Bu ilin 11 ayı ərzində nəqletmənin 75,2 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.
Hesabat dövründə BTC vasitəsilə 24 milyon 110,2 min ton neft ötürülüb. Bu isə ötən ilin müvafiq ayları ilə müqayisədə 4,7 % azdır.
Bu dövr ərzində BTC kəməri ilə 3 milyon 212 min ton tranzit nefti də nəql edilib ki, bu da 2020-ci ilin yanvar-noyavr ayları ilə müqayisədə 10,31 % azdır.