BTC kəməri ilə Azərbaycan neftinin nəqli dekabrda 0,2% azalıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Ötən ilin dekabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2,463 mln. ton Azərbaycan nefti nəql olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2% çoxdur. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Ötən il ərzində isə ümumilikdə bu kəmərlə 28,508 mln. tondan artıq neft ötürülüb və bu da öz növbəsində 2013-cü ilə nisbətən 4% azdır.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il yanvarın 1-dək BTC-yə 263,65 mln. ton neft vurulub.

Bundan başqa, ötən ilin dekabr ayında BTC kəməri ilə ümumilikdə 644,134 min ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 14 fevral, 2026 / 09:10